RANDEVU AL
AZ

Batıgöz klinikası

Aydın görmək, sağlam yaşamaq – Batıgöz ilə mümkündür

Batıgöz Azərbaycan Klinikası

Göz sağlamlığı sahəsində qabaqcıl texnologiyanı izləyən və tətbiq edən bir səhiyyə müəssisəsi olan Batıgöz Azərbaycan, mütəxəssis həkim heyəti və peşəkar komandası ilə yerli və beynəlxalq mərkəzlərində xəstə yönümlü xidmət təqdim etmə prinsipini mənimsəmişdir.


2004-cü ildə İzmirdə qurulan Batıgöz Sağlamlıq Qrupu, göz sağlamlığı sahəsində keyfiyyətli xidmət anlayışı ilə böyüməyə davam edir. Yeni nəsil texnoloji cihazları, mütəxəssis həkimləri və təcrübəli heyəti ilə İzmir (2004), İstanbul (2015) və Manisada (2016) xidmətlərini davam etdirir. Rumıniya (2010), Ukrayna (2017) və Hollandiyadakı (2018) filialları ilə beynəlxalq aləmdə yüksək keyfiyyətli xidmət anlayışını və uğurunu sübut etdi.


Batıgöz Azərbaycan Klinikası 20 ildən artıq beynəlxalq təcrübəsi ilə göz sağlamlığı sahəsində lider mövqedədir. Klinikamız indiyədək 30 mindən çox uğurlu göz əməliyyatı həyata keçirərək minlərlə pasiyentə aydın görmə bəxş edib.


2021-ci ilin 1 noyabr tarixində fəaliyyətə başlayan Bakı filialımız, müasir avadanlıqlar və peşəkar göz həkimləri ilə qısa zamanda şəhərin etibarlı göz klinikası kimi tanınmışdır. Xidmət şəbəkəmizi genişləndirərək 2024-cü ilin dekabrında Sumqayıt filialımızı istifadəyə verdik və artıq Abşeron bölgəsi sakinlərinə də yüksək səviyyəli göz müalicəsi təqdim edirik.


Batıgöz-də ən son texnologiyalar, beynəlxalq təcrübəyə malik oftalmoloqlar və pasiyent yönümlü tibbi heyət bir araya gələrək hər bir müayinə və müalicə prosesini fərdi yanaşma ilə həyata keçirir. Klinikamızda həyata keçirilən prosedurlar arasında lazer əməliyyatları, katarakta cərrahiyyəsi, retina xəstəliklərinin müalicəsi və digər oftalmoloji xidmətlər mövcuddur.


Məqsədimiz yalnız görməni bərpa etmək deyil, həm də pasiyentlərimizin həyat keyfiyyətini yüksəltmək və göz sağlamlığını uzun müddət qorumaqdır.